AMEA-da yeni şöbələr yaradıldı

İdarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.
TED.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına yeni şöbələrinin yaradılması haqqında məsələ də müzakirə edilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.
TED + bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Rezidentura imtahanı elektronlaşdırılacaq


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

