AZ

Rəqəmsallaşma çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac var – Zahid Oruc

8f89f601ed6fb3b8ebc97f73694a3e84.jpg
21.04.2025 16:40

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2024-cü ildə keçirilən ictimai rəy sorğusuna əsasən, 61.6% respondent Azərbaycanı ilk növbədə “türk dünyası” ölkəsi olaraq görür.

 

TED.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələri barədə tədbirdə çıxışı zamanı deyib.

 

“84.2% respondent türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni sahələrlə yanaşı, hərbi-siyasi istiqamətlərdə qurulması istəyini ifadə edib, respondentlərin 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı olduğunu bildirib, 84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub”, - deyə Z.Oruc bildirib.

 

Deputat əlavə edib ki, türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir.

 

“2040 Vizyonu” sənədinin də əsas hədəflərindən biri “Türk Dünyasında birlik, bərabərlik və həmrəylik şüuruna sahib bir nəslin yetişdirilməsi; təhsil və gənclik siyasətlərinin daha da uyğunlaşdırılması”dır. Tarixi mənbələrdə XIX əsrin ortalarına qədər, Buxarada fəaliyyət göstərən 200-dən çox mədrəsədə, “Səmərqənd məktəbi”ndə Türk dünyasının müxtəlif yerlərindən on minlərlə tələbənin təhsil aldığı faktını vurğulamaq yetərli olar. Türkün yüksəlişi XXI əsrin savaş meydanı olan elm, təhsil, tədqiqatlardan keçən süni zəka ilə mümkündür. Xatırladaq ki, 2013-cü ildə yaradılan Türk Universitetlər Birliyi və “Orxun Mübadilə Proqramı” türk dövlətləri arasında təhsil diplomatiyasını yeni bir mərhələyə daşıyıb. Lakin rəqəmsallaşma və süni intellekt çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac duyulur”, - İdarə Heyətinin sədri qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox