Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT

“Science Advances” jurnalında yayımlanan tədqiqatda təqdim olunan innovativ geyilə bilən ağıllı altlıq sistemi insanın yerimə tərzini izləyərək fərdi sağlamlıq monitorinqinə yeni yanaşma təqdim edir.
TED.az “Science Daily” saytına istinadla xəbər verir ki, Ohayo Dövlət Universitetinin Materialşünaslıq və Mühəndislik fakültəsinin dosenti Jinghua Li və tələbəsi Qi Vang rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində hazırlanan bu sistem ayaqqabı altlığına yerləşdirilmiş 22 yüksək həssas təzyiq sensoru vasitəsilə real vaxtda biomexaniki məlumatları toplayır və təhlil edir. Sistem sensorlardan alınan məlumatlara əsasən insanın duruşunu, yeriməsini, qaçışını və digər motor fəaliyyətlərini dəqiqliklə izləyir. Bu texnologiyanın əsas fərqləndirici cəhəti onun enerji təminatında özünü gücləndirən günəş panellərindən istifadə etməsi və maşın öyrənmə alqoritmləri ilə inteqrasiyasıdır. Bu sayədə cihaz səkkiz müxtəlif hərəkət növünü — o cümlədən oturma, ayaq üstə durma, qaçış və çömbəlmə — ayırd edə bilir.
Tədqiqatın müəlliflərinin qeyd etdiyinə görə, ağıllı altlıqlar plantar fasiit, diabetik ayaq xoraları və Parkinson kimi nevroloji xəstəliklərin erkən mərhələlərində hərəkət anomaliyalarının aşkarlanmasına yardımçı ola bilər. J.Li bildirir: “Vücudumuz heç bilmədiyimiz bir çox faydalı məlumat daşıyır. Bu statuslar zamanla dəyişir və bizim məqsədimiz bu siqnalları elektronika vasitəsilə çıxarmaq və deşifrə etməkdir”.
Sensorların ayağın barmaq hissəsindən dabanına qədər bərabər şəkildə yerləşdirilməsi, gəzinti və qaçış zamanı təzyiq bölgüsünün və tətbiq vaxtının fərqliliyini ortaya qoyub. Məsələn, gəzinti zamanı təzyiq ayağın müxtəlif hissələrində ardıcıl olaraq tətbiq olunur və bu proses ümumi zamanın təxminən 50 faizini əhatə edir. Əksinə, qaçış zamanı təzyiqin tətbiqi eyni vaxtda baş verir və bu müddət ümumi vaxtın yalnız 25 faizini təşkil edir. Tədqiqat, həmçinin bu sistemin fərdi sağlamlıq idarəçiliyi üçün imkanlar yaratdığını göstərir. Real vaxtda duruş korreksiyası, zədələrin qarşısının alınması və reabilitasiya monitorinqi kimi funksiyalar bu texnologiyanın praktik tətbiq sahələri arasındadır. Gələcəkdə fərdi fitnes proqramlarının uyğunlaşdırılması və jest tanıma texnologiyasının təkmilləşdirilməsi də nəzərdə tutulur. Altlıqların istehsalında istifadə edilən materialların elastik və təhlükəsiz olması bu cihazın gündəlik istifadəyə yararlılığını artırır. Günəş panelləri ilə toplanan enerji kiçik litium batareyalarda saxlanılır və istifadəçiyə heç bir zərər vermir. Həmçinin cihaz 180 mindən artıq sıxılma və dekompressiya dövründən sonra da performansını qoruyub saxlayaraq uzunmüddətli dayanıqlılığını sübut edib. Tədqiqatçılar bu texnologiyanın 3–5 il ərzində kommersiyalaşdırılacağını proqnozlaşdırırlar. Növbəti mərhələdə müxtəlif populyasiyalarda cihazın funksional imkanlarının test edilməsi və jest tanıma bacarıqlarının inkişaf etdirilməsi prioritet hədəflər arasındadır.
Dünya bölməsindən digər xəbərlər
Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Sabah ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq


Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib


Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib


“General Atomics” şirkəti MQ-9B-yə inteqrasiya olunacaq lazer silah sistemini təqdim edib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


Rəqəmsallaşma çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac var – Zahid Oruc


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb


"Ford" bu ölkəyə avtomobil ixracını dayandırıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Mayın 1-dən “e-bülleten” sisteminə keçilir


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib


MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb


Bank kartlarını oğurlayan yeni “Android” virusu aşkarlanıb


Ödəmə terminallarından oğurluq edənlər saxlanılıb


Çində ilk 10G genişzolaqlı internet şəbəkəsi istifadəyə verilib


Həftənin ən çox oxunanları
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb


“Google” delfinlərin dilini öyrənməyə çalışır


ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub


Yasamalda silah-sursat aşkarlandı


"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq


Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı


Ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq


Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb

