AZ

Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb

8c39ad9d46d8c486d4cf7da441fd90af.png
21.04.2025 16:57

Cari ilin fevral ayının sonuna olan məlumatlara görə, Naxçıvan Muxtar Respublikasında 3,017 min ədəd POS-terminal var.

 

TED.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

 

Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 730 ədəd və ya 32% çoxdur.

 

Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Naxçıvandakı POS-terminalların sayı 2,287 min ədəd olub.

 

Cari ilin hesabat dövründə Naxçıvanda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 2,960 min ədəd, özünəxidmət terminallarının sayı 53 ədəd, bankomatların sayı isə 97 ədəd təşkil edib.

 

Qeyd edək ki, fevralın sonuna Azərbaycanda 124,3 min ədəd POS-terminal var. POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur. 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub.

 

Ölkədə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox