Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir

Oksford Universitetində aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı dominant elmi nəzəriyyəyə ciddi şübhələr doğurub. “Icarus” jurnalında dərc olunan araşdırma seysmik əhəmiyyətə malik nəticələrlə Yerin formalaşdığı ilkin materialın əvvəl ehtimal ediləndən daha yüksək miqdarda hidrogen ehtiva etdiyini ortaya qoyur. Tapıntılar Yerdəki suyun əsasən, asteroidlərin toqquşması nəticəsində əmələ gəldiyi fikrini zəiflədərək suyun mənşəyinin birbaşa planetimizin yaranma mərhələsinə gedib çıxdığını göstərir.
TED.az “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat qrupu erkən Yerə analoq kimi qəbul edilən nadir meteoritin kimyəvi analizini aparıb. Antarktidadan toplanmış LAR 12252 meteoritindən istifadə olunaraq sinxrotron əsaslı rentgen spektroskopiyası vasitəsilə materialın elementar tərkibi və kimyəvi vəziyyəti araşdırılıb. Əvvəlki tədqiqatlar meteoritlərdə hidrogenin mövcudluğunu çirklənmənin nəticəsi ola biləcəyini irəli sürsə də, yeni araşdırmada Oksford alimləri hidrogenin əsasən meteoritin matris hissəsində kristal olmayan zonada yerləşdiyini aşkar ediblər. Bu hissədə meteoritin hidrogen sulfidlə zəngin olması və yerüstü çirklənmə əlamətləri göstərməməsi onun kosmik mənşəli olduğunu təsdiqləyir.
Analiz nəticələri göstərib ki, matrisdəki hidrogen miqdarı beş dəfə yüksəkdir. Əksinə, meteoritin səthindəki çatlarda və oksidləşmiş hissələrdə hidrogenin miqdarı ya çox az olub, ya da ümumiyyətlə, qeydə alınmayıb. Bu isə hidrogenin yer mənşəli çirklənmədən deyil, ilkin formalaşma mərhələsindən qaynaqlandığını təsdiqləyir.
Tədqiqatın aparıcı müəllifi, Oksford Universitetinin doktorantı Tom Barrett qeyd edir: “Nümunədə hidrogen sulfidin aşkar olunması bizi çox həyəcanlandırdı — xüsusilə də bunu gözləmədiyimiz bir yerdə tapdıq. Bu maddənin yerüstü çirklənmədən yaranma ehtimalı olduqca azdır və bu, planetimizdəki suyun əslində onun inşa materialından törədiyini göstərən güclü dəlildir”.
Tədqiqatın həmmüəllifi, dosent Ceyms Brison isə əlavə edib: “Bu tapıntılar Yer planetinin formalaşması və onun indiki şəraitə necə gəlib çatması ilə bağlı suallara mühüm cavablar verir. Görünür ki, Yerin ilkin komponentləri (enstatit xondritləri kimi) əvvəlki düşüncələrimizə nisbətən xeyli daha çox hidrogen ehtiva edirdi. Bu isə sonradan baş verən asteroid toqquşmalarından asılı olmayaraq Yerin suya sahib olmasını mümkün edib”.
Araşdırma Yer kürəsində həyatın yaranması üçün əsas rol oynayan suyun mənşəyi ilə bağlı elmi yanaşmalara yenidən baxılmasını tələb edir. Suyun planetin formalaşmasından dərhal sonra mövcud olması ehtimalı onun xarici mənbədən gətirilməsinə nisbətən daha əsaslı görünür. Bu isə planetar formalaşma modelləri və astrobioloji tədqiqatlar üçün yeni istiqamətlər açır.
Dünya bölməsindən digər xəbərlər
Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Sabah ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq


Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib


Türkiyənin ilk milli rabitə peyki istifadəyə verilib


“General Atomics” şirkəti MQ-9B-yə inteqrasiya olunacaq lazer silah sistemini təqdim edib


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


Rəqəmsallaşma çağında türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməsinə ehtiyac var – Zahid Oruc


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb


"Ford" bu ölkəyə avtomobil ixracını dayandırıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Mayın 1-dən “e-bülleten” sisteminə keçilir


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib


MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb


Bank kartlarını oğurlayan yeni “Android” virusu aşkarlanıb


Ödəmə terminallarından oğurluq edənlər saxlanılıb


Çində ilk 10G genişzolaqlı internet şəbəkəsi istifadəyə verilib


Həftənin ən çox oxunanları
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qarşıdakı planları açıqlanıb


“Google” delfinlərin dilini öyrənməyə çalışır


ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub


Yasamalda silah-sursat aşkarlandı


"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq


Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı


Ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq


Azərbaycan mobil rabitə operatorlarının gəlirləri artıb


Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub

