Yeni tədqiqat gələcəkdə görmə qabiliyyətinin bərpasında baza rolunu oynaya bilər

Görmə sistemimizin mürəkkəbliyi və beynin dinamik vizual dünyanı necə emal etdiyi ilə bağlı anlayışımızı genişləndirən yeni bir tədqiqat film izləmə təcrübəsinin neyron səviyyəsində necə “simfoniya”ya çevrildiyini göstərir. Ludvig-Maximilians-Universitet (LMU) München universitetindən nevroloqların “Neuron” jurnalında dərc olunmuş araşdırması vizual məlumatların emalında sinxron neyron fəaliyyətinin rolunu ortaya qoyur.
TED.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda LMU-nun Sistemli Neyroelmlər Məktəbinin tələbəsi Lukas Meyerolbersleben və biologiya fakültəsindən professorlar Laura Busse və Anton Sirota bir araya gələrək təbii video axınının beyində necə emal olunduğunu analiz ediblər. Alimlər Allen İnstitutunun (ABŞ) geniş açıq mənbəli neyroloji verilənlər bazasından və böyükhəcmli məlumat analizindən istifadə edərək vizual stimulların – məsələn, parlaqlıq və kontrast kimi xüsusiyyətlərin – gözün görmə sahəsindəki lokal nöqtələrə uyğun şəkildə fərqli neyron dövrlərində spesifik salınım (rəqs) fəaliyyətləri yaratdığını aşkarlayıblar.
Professor L.Busse nin sözlərinə görə, artıq 1960-cı illərdən – Hubel və Vizelin Nobel mükafatlı işlərindən bəri məlumdur ki, görmə qabığının xüsusi modullarındakı neyronlar vizual stimulların izolyasiya olunmuş xüsusiyyətlərinə cavab verir. Bununla belə, beynin təbii video axınını necə vahid bir qavrayışa çevirdiyi hələ də tam anlaşılmayıb.
Yeni araşdırmanın nəticələri göstərir ki, minlərlə neyronun bir-biri ilə koordinasiyalı şəkildə “oynadığı” bu neyron salınım simfoniyası, beyində kompleks vizual qavrayışın yaranmasına səbəb olan talamo-kortikal dövrələrin tezlik, yer və təbəqə baxımından sinxron fəaliyyətinə əsaslanır. Bu simfoniya beyinə yalnız məlumat emal etməyə deyil, həm də əlaqəli və tutarlı vizual dünya yaratmağa imkan verir. Professor Anton Sirota qeyd edir ki, bu tədqiqat təbii görməni başa düşmək yolunda irəliyə doğru böyük bir addımdır. Professor L.Busse isə əlavə edir ki, bu nəticələr gələcəkdə birbaşa beyindən vizual axının oxunması və ya görmə qabiliyyətinin neyroprotezlərlə bərpası kimi beyin-kompüter interfeyslərinin inkişafı üçün əsas baza rolunu oynaya bilər. Bu iş vizual emalın neyron səviyyəsində orkestrləşdirilməsini daha dərindən anlamaqla sinir elmlərində yeni tədqiqat istiqamətlərinə yol açır.
Dünya bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

