AZ

Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib

 

0236fb31d33271200390f22f9f60a3c1.jpeg
24.04.2025 13:35

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin yaşıl enerji enerji sektoruna maliyyə dəstəyi elan edib.

 

TED.az xəbər verir ki, “Great British Energy” dövlət enerji şirkəti vasitəsilə dənizdə külək enerjisi üzrə təchizat zəncirlərinə 300 milyon funt sterlinq dəyərində ilkin sərmayə ayrılacaq.

 

Bu dövlət sərmayəsi iyul ayından bəri təmiz enerji layihələrinə yönəlmiş 43 milyard funt sterlinq həcmində özəl investisiyanı tamamlayır və əlavə özəl kapitalın cəlb olunmasına, ölkə üzrə müxtəlif icmaların, sənaye regionlarının iqtisadi inkişafına təkan verəcək, minlərlə yeni iş yeri yaradacaq. Vəsait Böyük Britaniyada üzən külək platformaları, kabellər və digər əsas komponentlərin istehsalını dəstəkləyəcək.

 

İnvestisiya paketi hökumətin “Təmiz Sənaye Bonusu” və “Milli Sərvət Fondu” kimi təşəbbüsləri ilə yanaşı, ölkənin təmiz enerji təchizat zəncirlərinin inkişafına yönəlmiş strategiyasının tərkib hissəsidir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox