AZ

Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün artıq 600-dən çox şəxs imtahandan keçib - Məleykə Abbaszadə

5b4411701e9cb8ad77d3500374a34c40.jpg
24.04.2025 11:57

Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün artıq 600-dən çox şəxs imtahandan keçib.

 

TED.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanması mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

 

Bundan əlavə M.Abbaszadə qeyd edib ki, bu il buraxılış imtahanı verən məzunların nəticələri ilə bağlı ilkin statistik məlumatları araşdırmışıq.

 

 

O bildirib ki, imtahanların gedişi qaneedicidir:

 

"Məzunların Azərbaycan dilindən nəticələri daha da yaxşılaşıb, riyaziyyat və xarici dil imtahanlarının nəticələri isə ötən ilki ilə eyni səviyyədədir".

 

Qeyd edək ki, Məleykə Abbaszadə daha öncə imtahan nəticələrinin analizi üçün 2000 nefərlik iştirakçı bazası lazım olduğunu qeyd etmişdi.

TED + bölməsindən digər xəbərlər

Daha çox