AZ

Azərkosmos və Türksat arasında Anlaşma Memorandumu imzalanıb

af3d0f3423e8b22a29ecf8b691e0b86b.jpg
24.04.2025 10:20

Azərkosmos və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti Türksat arasında Anlaşma Memorandumu imzalanıb.

 

TED.az Azərkosmosa istinadən xəbər verir ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.

 

İmzalanma mərasimi Azərkosmosun ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.

 

 

STC çərçivəsində Azərkosmos 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.

 

Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədilər.

 

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox