Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib
Çinin “Şencou-20” kosmik gəmisi “Tienqon” kosmik stansiyası ilə birləşib.
TED.az xəbər verir ki, Çin Kosmos Agentliyi birləşmənin kosmik gəmini orbitə qaldıran daşıyıcı raketin buraxılışından təxminən 6 saat yarım sonra baş tutduğunu açıqlayıb. Birləşmədən sonra “Şencou-20” missiyasının astronavtları Çen Don, Çen Conruy və Van Cie stansiyaya keçərək, “Şencou-19”un 6 aydır stansiyada olan astronavtları ilə görüşəcəklər.
Qeyd edək ki, “Şencou-20” missiyasını kosmosa aparan daşıyıcı raketin buraxılışı aprelin 24-də yerli vaxtla saat 17:17-də Ciuquan kosmodromunda baş tutub. Buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəmi raketdən ayrılaraq planlaşdırılan orbitə daxil olub.
“Şencou-20” missiyası “Şencou-19” missiyasının astronavtlarını əvəzləyərək, 6 ay kosmik stansiyada qalacaq, müxtəlif tədqiqat və texniki tapşırıqları, o cümlədən bioloji və fiziki araşdırmalar, texnoloji eksperimentlər yerinə yetirəcəklər. Bu, Çinin orbitə göndərdiyi 15-ci pilotlu missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
Dünya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















