“Azərkosmos”: Peyklərdə bort emalı məlumatların əldəetmə zamanını azaldır

Peyklərdə məlumatların birbaşa bortda emalı nəticələrin daha qısa müddətdə əldə olunmasına imkan verir.
TED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nümayəndəsi Aynurə Balakişiyeva Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
Onun sözlərinə görə, Yer müşahidəsində baş verən ən önəmli dəyişikliklərdən biri yüksək həlli olan peyk qruplarının və çevik sistemlərin meydana çıxmasıdır:
“Bu texnologiyalar real vaxt rejimində praktik nəticələr əldə etməyə şərait yaradır. Digər bir mühüm yenilik isə peyklərdə məlumatların birbaşa emal edilməsidir. Əvvəllər xam məlumatlar yer stansiyalarına ötürülərək orada emal olunurdu və bu, vaxt aparırdı. İndi isə peyk üzərində aparılan emal nəticəsində məlumatların toplanması və nəticənin əldə olunması arasındakı müddət əhəmiyyətli dərəcədə qısalır”.
A.Balakişiyeva əlavə edib ki, bu texnoloji üstünlüklər bulud platformaları və API-lərlə birləşdirildikdə, Yer müşahidəsinin miqyaslana bilən xidmət modelinə çevrilməsi mümkündür:
“Azərkosmos” olaraq bizim məqsədimiz təkcə görüntülər təqdim etmək deyil. Biz eyni zamanda dövlət qurumları və GİS məlumatları ilə işləmək təcrübəsi olmayan istifadəçilərə real vaxtda istifadəyə hazır məlumat çatdırmağa çalışırıq. Bu da Yer müşahidəsində transformativ bir dəyişikliyə səbəb olur”.
TED + bölməsindən digər xəbərlər
Qazaxıstan Ayətrafı teleskoplu peyk üzərində çalışır - Türk dövlətlərini əməkdaşlığa çağırır


“Ecotracker” mobil tətbiqinin təqdimatı olub


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


İnsanlar apokalipsisdən çox süni intellektdən qorxurlar


Britaniya ordusu təlimlərdə SZ dəstəkli İQP-lərdən istifadə edib


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Türk dövlətlərinin birgə peyk sistemini qurmağı hədəfləmişik - Qazaxıstanlı layihə direktoru


BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"


Bülent Avenoğlu: “Türkiyə dərin kosmos missiyalarına start verib”


Sabah Azərbaycanda 32 dərəcə isti olacaq


“Aztelekom” yenidən təşkil olunur


Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub


Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək


“İnformasiya savadlılığı və süni intellekt” - elmi seminar


Britaniya hökuməti yaşıl enerji sektoruna 300 milyon funt sterlinq dəyərində dəstək elan edib


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Yeni texnologiya müxtəlif xəstəliklərin erkən aşkarlanmasını dəstəkləyə bilər - TƏDQİQAT


Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


Naxçıvanda POS-terminalların sayı 30%-dən çox artıb


AMB-də sığorta sahəsində rəqəmsallaşma prosesləri müzakirə olunub


Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib


Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

