AZ

Elnur Əliyev: Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərindəndir

 

07ff170551de2b91dd9974fa9bcb93df.jpg
25.04.2025 10:00

2020-2024-cü illər ərzində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox olan 96 sahibkarlıq subyekti yaradılıb.

 

TED.az xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

 

Onun sözlərinə görə, qeyd edilən dövr ərzində 29 müəssisə fəaliyyətə başlayıb ki, bu da əlavə iş yerlərinin yaradılmasına şərait yaradıb.

 

“Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərindəndir. Gələcəyin tələblərinə uyğun olaraq biznes strategiyaları, insan resursları inkişaf edir. Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüslərini dəstəkləmək, bizneslərini böyütmək üçün imkanlar yaratmaq iqtisadi artıma daha çox töhfə verə bilər. Azad olunmuş ərazilərimizdə iş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Artıq bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı ölkədə sənaye parkları arasında ikincidir. Burada istehsal olunan məhsullar yerli bazara, eyni zamanda, xaricə ixrac oluna bilər”, - deyən nazir müavini iş adamlarını bu fürsətdən lazımınca istifadə etməyə, təşəbbüslə çıxış etməyə dəvət edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox