“Startup School 2”nin təlimləri başladı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin təlim mərhələsinə başlanıb.
TED.az xəbər vereir ki, aprel və may ayları boyunca Nevada Universiteti (University of Nevada), Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi (German Research Center for Artificial Intelligence), “Mersedes Benz” şirkəti (Mercedes-BENZ Consulting), Oksford Universiteti (Oxford University), Polşanın Varşava İqtisadiyyat İnstitutu (Warsaw School of Economics), Cənubi Afrikanın Yohanesburq Universiteti (University of Johannesburg), Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) və Türkiyənin OSTİM Texniki Universitetinin beynəlxalq səviyyəli mentorları tərəfindən keçiriləcək təlim sessiyalarında 41 komanda iştirak edir.
“Startup School 2” layihəsində ilk təlimi Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru, Dr. Nicat Mehdiyev keçib. O, təlimin “Süni intellektin başa düşülməsi: əsas konsepsiyalardan qabaqcıl tətbiqlərə qədər” (Understanding AI: From Core Concepts to Cutting-Edge Applications) adlı hissəsində süni intellektin əsas konsepsiyalarını, o cümlədən maşın öyrənməsi, neyron şəbəkələri və alqoritmlərini izah edib, onların işini və əhəmiyyətini aydın şəkildə başa düşməyi təmin edib. N.Mehdiyev süni intellektin sənaye obyektlərində etdiyi inqilabi dəyişikliklər və texnologiyanın gələcəyi barədə konkret misallar nümayiş etdirib.
Təlimin “Maşın öyrənmə spektri: nəzarət edilən öyrənmədən nəzarətsiz öyrənməyə qədər” (The Spectrum of Machine Learning: From Supervised to Unsupervised Learning) adlı hissəsində isə N.Mehdiyev maşın öyrənmənin spektrini və özünəməxsusluqlarını təsvir edərək, nəzarət edilən öyrənmədən nəzarətsiz öyrənmə paradiqmalarına keçidi aydınlaşdırıb. Ətraflı təhlil vasitəsilə o, hər bir yanaşmanın metodologiyalarını, tətbiqlərini və nəticələrini nümayiş etdirib, süni intellektin mənzərəsi haqqında anlayışlar təqdim edib. Sonda bu istiqamətlərdə startapçılara xüsusi tapşırıqlar verilib.
Qeyd edək ki, treninqlərin sonunda seçilən 10 ən yaxşı layihə (komanda) növbəti mərhələdə “SABAH.HUB”ın inkubasiya mərkəzində 2 həftə ərzində canlı mentorluq proqramına qatılacaq.
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
iPhone 18 üçün pis xəbər
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
