AZ

Britaniyada pilotsuz avtomobillərlə bağlı layihəyə start verilib

 

6ccda15f4a1b2badb83b79d14ce316c1.jpg
15.04.2024 13:50

Böyük Britaniyada pilotsuz avtomobil texnologiyasının təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün yeni layihəyə start verilib.

 

TED.az BBC telekanalına istinadla xəbər verir ki, “Massdrive” (özünüidarəetmə vasitələrinin təminatı metodları sxemi) layihəsi pilotsuz avtomobillərin sertifikatlaşdırılması üsullarını inkişaf etdirməyi hədəfləyir. Təşəbbüs Surrey Universitetinin rəhbərliyi ilə alimlər və ekspertlər tərəfindən irəli sürülüb.

 

Ötən ilin noyabrında hökumət Böyük Britaniyada “avtomatlaşdırılmış” sürücülük sistemini tətbiqi üçün yeni qanunvericilik planlarını açıqlayıb. Plana əsasən, pilotsuz avtomobilləri təhlükəsizlik testindən keçirmək tələb olunacaq.

 

“Massdrive” Surrey Universiteti, Qərbi İngiltərə Universiteti və Bristol Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və “Innovate UK” tərəfindən maliyyələşdirilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox