AZ

Ötən gün təhvil alınan və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

 

4c3be7b530e9523c95d9a2f7b1eae86f.jpg
15.04.2024 15:20

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildirilib ki, aprelin 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 2 patron darağı və 586 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

 

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

TED + bölməsindən digər xəbərlər

Daha çox