AZ

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

6147d04b9fb5b2c10d1ee97a505dbf68.jpg
16.04.2024 10:00

ABŞ-ın “Tesla” elektromobil istehsalçısı 140 min əməkdaşından təxminən 14 minini ixtisar etməyi planlaşdırır.

 

TED.az xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru İlon Maskın əməkdaşlarına göndərdiyi məktubda deyilir.

 

“Biz işçilərimizin 10 faizdən çoxunu ixtisar etmək barədə çətin qərar qəbul etdik. Mənim üçün bundan çətin heç nə yoxdur, lakin bunu etməyə məcburuq”, - deyə məktubda bildirilir.

 

Bu, kompaniyanın son aylar həyata keçirdiyi ikinci ixtisar dalğasıdır. Fevral ayında “Tesla” rəhbərliyindən komandadakı “ən mühüm rolları” müəyyənləşdirmək, həmçinin bəzi əməkdaşların effektivliyini nəzərdən keçirmək tələb olunub.

 

Qeyd edək ki, “Tesla” elektromobil zavodu üçün yer axtarmaq məqsədilə yaxın günlərdə Hindistana mütəxəssislərdən ibarət qrup göndərməyə hazırlaşır.

TED + bölməsindən digər xəbərlər

Daha çox