AZ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

 

018b1c9a7a10b24b2d344baad0857fcc.jpg
16.04.2024 11:20

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.

 

Elm və Təhsil Nazirliyindən TED.az-a bildirilib ki, qəbul portal.edu.az vasitəsilə aparılır. Həmin xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali məktəblərə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

 

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox