AZ

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

 

f445e39ac4692d79f6e50bbe4fc934b5.jpg
17.04.2024 12:20

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşların, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə lövhələr quraşdırılıb. Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

 

Daxili İşlər Nazirliyindən TED.az-a bildirilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox