AZ

Yenilənmiş insanabənzər robot təqdim olundu 

 

1f37887f55002270081b3c1ebd7895f5.jpg
17.04.2024 18:40

“Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının yeni nəslini təqdim edib.

 

Şirkətin saytında bildirilib ki, əvvəlki model hidravlik ötürücülərə əsaslanırdı.

 

Yeni Atlas artıq müxtəlif sənayelərdə istifadə olunan “Stretch” robot qolu və “Spot” robot iti ilə birlikdə kommersiya məhsulu olacaq.

 

Şirkətin ilk müştərisi “Hyundai”dır. O, insanabənzər robotu avtomobil istehsalat müəssisələrində sınaqdan keçirmək üçün istifadə edəcək. Testlər 2025-ci ildə başlanacaq.

 

Mənbə: gazeta.ru

Dünya bölməsindən digər xəbərlər

Daha çox