AZ

Azərbaycanda nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər

16ea2087d524f6ba2cc47e5f11ba687f.jpg
17.04.2024 20:20

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər.

 

Bu barədə TED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

 

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

 

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox