AZ

Tesla-nın Hindistan planı

83ff9959bfb50acb5c16a8ea2ec103d2.jpg
17.04.2024 20:40

Tesla-nın baş direktoru Elon Musk gələn həftə Yeni Dehliyə səfəri zamanı Hindistanda yeni fabrik tikmək üçün 2-3 milyard dollarlıq investisiya planını açıqlamağa hazırlaşır.

 

TED.az Reuters-a istinadən xəbər verir ki, Mask Hindistana səfəri çərçivəsində gələn bazar ertəsi Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

 

Musk, elektrikli avtomobil sənayesinin hələ başlanğıc mərhələsində olan dünyanın üçüncü ən böyük avtomobil bazarı olan Hindistan bazarına daxil olmaq planını açıqlayacaq.

 

Hindistanda hazırda kiçik, lakin böyüyən elektrik avtomobil bazarı yerli avtomobil istehsalçısı Tata Motors tərəfindən idarə olunur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox