AZ

"Mercedes" elektrik "G-Class" ilə gəlir

5f09f350675a01454dca53a5a26e0454.jpg
17.04.2024 21:57

Mersedes, deyəsən, həvəskarların səbirsizliklə gözlədiyi elektrik G-Class ilə tezliklə çıxacaq.

 

TED.az xəbər verir ki, aprelin 24-də keçiriləcək Pekin avtosalonunda rəsmi olaraq təqdim olunacaq avtomobilin öz sahəsində ciddi fərq yaradacağı bildirilir.

 

Ən məşhur yolsuzluq avtomobillərindən biri olan modelin yaxşı satışlar göstərəcəyi gözlənilir. Avtomobilin akkumulyatorunun xüsusi suya davamlı materialla örtülməsi böyük səs-küyə səbəb olub. 

 

Ən çətin ərazi şəraitində üstün performans təmin etmək üçün 4 mühərriklə gələcək avtomobil təxminən 100 kVt/saat tutumlu akkumulyator təqdim edəcək. Bu batareyanın 350 km məsafə qət edə biləcəyi deyilir. Yüksək su dərinliklərində zədələnməməsi üçün suya davamlı karbon lifli materialla örtülmüş batareya, analoqları ilə müqayisədə böyük fərq yaradacaq kimi görünür.

 

Bildirilir ki, avtomobil nisbətən böyük kuzova malik olacaq və çəkisi 3500 kq-dan az olacaq. Bununla belə, məlum oldu ki, Mercedes rəhbərliyi də daha kiçik və yüngül elektriklə işləyən G-Class modeli üçün qollarını çırmalayır. Bu modelin qiymət baxımından daha münasib olacağı təxmin edilir. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox