AZ

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

 

ed62771f9136139ec8e850e7d3ded156.jpg
18.04.2024 10:00

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 6 müxtəlif markalı tüfəng və 12 patron aşkarlanaraq götürülüb.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

 

Həmin gün polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 7 müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 müxtəlif çaplı patron və digər sursatlar aşkar edərək götürüblər.

TED + bölməsindən digər xəbərlər

Daha çox