AZ

Şənbə gününün havası necə olacaq? - PROQNOZ

94eb5f39f19b94c63e0c045d31dde9f4.jpg
26.04.2024 12:20

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-18°, gündüz 24-29° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 18-23° olacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox