AZ

“X” sosial şəbəkəsindəki yazılar ödənişli olacaq

8194e20b694c5b8ede1238b11141e60a.jpg
24.04.2024 22:57

“X”(köhnə twiter) sosial şəbəkəsinin sahibi İlon Mask bütün yeni istifadəçilərdən yazı dərc etmək imkanına görə ödəniş tələb etmək niyyətindədir. 

 

TED.az xarici mediaya istinadən xəbər verir ki, bəyənmələr və digər “tweet”lərə verilən cavablar da ödənişli olacaq.

 

İlon Mask bunun botların amansız hücumunu dayandırmağın yeganə yolu olduğuna inanır. 

 

İlon daha sonra ödənişin yalnız yeni istifadəçilərə şamil ediləcəyini və müvəqqəti olacağını bildirib. Yeni istifadəçilər üç aydan sonra onlar pulsuz “tweet” ata biləcəklər. 

 

Mask yeni istifadəçilərin yazılarına, bəyənmələrinə və şərhlərinə görə dəqiq nə qədər pul ödəməli olacağı barədə məlumat verməyib. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox