AZ

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

 

9d6224c88b5a5e6433dd311f28577b39.jpg
18.04.2024 17:20

Bakı Dövlət Universiteti (BDU), Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq Şura əməkdaşları tərəfindən BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə növbəti seminar keçirilib.

 

BDU-dan TED.az-a bildirilib ki, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əvvəl keçirilən görüşlərin tələbələr tərəfindən maraqla qarşılandığını və media sahəsində daha çox məlumat əldə etməyin zəruriliyini vurğulayıb. O, audiovizual media, media subyektləri və onlara verilən tələblər kimi məsələlərin da tələbələr üçün vacib mövzu olmasını diqqətə çatdırıb.

 

Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov medianın tədrisində nəzəri biliklər ilə təcrübənin vəhdətinin zəruriliyini, bu istiqamətdə belə seminarların vacibliyini qeyd edib.

 

Sonra Audiovizual Şuranın əməkdaşları Ayxan Sadıqlı və Kamran Əliyev "Media subyektləri” mövzusunda geniş təqdimatla çıxış ediblər.

 

Görüş zamanı media subyektlərinə dair əsas tələblər, yayım hüququ, tematik yayım ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox