Aprel-may aylarında müxtəlif avadanlıqlara xüsusi icazə verilməsi üçün 10 mindən çox müraciət edilib
Cari ilin aprel-may aylarında 53 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 10 min 395 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi üçün müraciət daxil olub. Həmin müraciətlər üzrə 10 325 ədəd avadanlığın gömrük rəsmiləşdirilməsinə icazə sənədi verilib.
Bu barədə TED.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
“Eyni zamanda 64 ədəd avadanlıq üzrə edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib edilmədiyindən düzəliş edilərək yenidən müraciət edilməsi üçün geri qaytarılıb. Həmçinin 6 ədəd avadanlıq üçün edilən 5 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Qeyd edilən dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 16 adda 364 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün müraciətlər edilib. Onlardan 349 ədəd avadanlıq üçün edilən müraciətə müsbət cavab verilib, 9 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün qanunamüvafiq olaraq geri qaytarılıb və verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 4 avadanlığın xüsusi icazəsi ləğv edilib. Eyni zamanda, həmçinin 1 müraciət üzrə 2 avadanlığın idxalı ilə bağlı araşdırma aparılır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu ilin mart ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” (e-permission.icta.az) sistemi istifadəyə verilib. Onlayn sistemin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib. Həmçinin bu ilin yanvar-may ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq 301 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğu yerində qiymətləndirilib. Nəticədə 296 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün uyğun şərait olduğu müəyyən edilib və həmin müraciətlərə müsbət cavab verilib. Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Bundan əlavə, ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə 2, məlumatların ötürülməsi (data) xidmətinin təşkili üzrə 1 müraciətə baxılıb. Ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə 1, məlumatların ötürülməsi (data) xidmətinin təşkili üzrə 1 müraciətə müsbət rəy verilib. Digər müraciət isə sənədlərin təkmilləşdirilməsi məqsədilə təkrar təkmilləşmə üçün mənfi cavablandırılıb.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
iPhone 18 Dizaynı Sızdırıldı!
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Coursera və Udemy birləşir!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

