AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

 

24027315bd4e9b97c38a7c9a539dcd12.jpg
04.07.2024 11:40

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

 

ADY-dən TED.az-a bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyulun 6-da saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 7-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

 

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

TED + bölməsindən digər xəbərlər

Daha çox