AZ

ABŞ-də 42.000 nüsxə çap olunan 100.000 dollarlıq əskinasa sahib olmaq niyə qadağandır? 

6c4e5c91a7a7de2b9e2693b8c1657f87.jpeg
04.10.2024 13:14

Cibinizdə 100.000 dollarlıq əskinas gəzdirdiyinizi təsəvvür edə bilərsinizmi? Bunun yuxudan artıq ola bilməməsinin səbəbi belə bir əskinas olmadığı üçün deyil, bu əskinasa sahib olmağın qanunsuz olmasıdır. 

 

Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti tərəfindən çap edilən 100.000 dollarlıq əskinas xəyal deyil. Bu pul həqiqətən var!

 

Bununla belə, bu əskinası özünüzlə aparmaq və ya ona sahib olmaq sadəcə bir xəyaldır. Bəs, belə bir valyuta niyə çap olunub və çap olunubsa, niyə istifadə oluna bilmir?

 

1934-cü ildə 100.000 dollarlıq kağız pul çap olundu!

 

Böyük Böhrandan sonra iqtisadiyyatı yenidən strukturlaşdırmağa çalışan hökumət, qeyri-adi həllər həyata keçirirdi.

 

Bu prosesdə Banklar və Amerika xəzinədarlığı arasında irimiqyaslı əməliyyatları daha praktik etmək üçün dövriyyəyə 100.000 dollarlıq əskinas təqdim edildi.

 

100.000 dollarlıq əskinaslardan yalnız 42.000 ədəd çap edilmişdi və o zamankı prezident Vudro Vilsonun portreti olan bu əskinaslar 1934-cü ildə istehsal olunmuş qızıl sertifikatlar seriyasının bir hissəsi idi.

 

Lakin bu əskinas sadə vətəndaşlar üçün deyil, yalnız bankdaxili uçot əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuşdu.

 

Buna görə də 100.000 dollarlıq əskinas ictimaiyyətə təqdim edilmədi.

 

Bu səbəbdən tarixdə çap edilmiş ən yüksək dəyərli ABŞ dolları əskinas kimi qeydə alınsa da, heç kimin pul kisəsi və seyfində olmayıb.

 

İş o həddə çatıb ki, sözügedən əskinaslar hələ də Amerika hökumətinə məxsus hesab edilir və onların şəxsi mülkiyyətə çevrilməsi qanunla qəti şəkildə qadağan edilir.

 

Yəni adi vətəndaşın bu əskinasa sahib olması qanunsuzdur!


Bu gün bu əskinasların bəziləri Vaşinqtondakı Milli Amerika Tarixi Muzeyində nümayiş etdirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox