Yaradıcı Media Məktəbinin növbəti təlimləri Şamaxıda keçirildi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabr 2024-cü il tarixlərində Şamaxı şəhərində Yaradıcı Media Məktəbinin növbəti təlimləri keçirildi. Təlim proqramının məqsədi gənclərin yaradıcı potensialını artırmaq və rəqəmsal media alətlərindən peşəkar şəkildə istifadəni təşviq etmək idi.
Təlim proqramı müxtəlif mövzuları əhatə etdi:
- Mədəni və yaradıcı sənaye trendlərinin araşdırılması
- Məqalə və ssenari yazısı, podkastlar, vizual hekayələr
- Sosial media və rəqəmsal platformalarda effektiv strategiyalar
- Analitik bacarıqlar, faktların dəqiqləşdirilməsi
- Medianın əsasları: fotoqrafiya, videoqrafiya, montaj alətləri
- Foto və videoçəkilişlər, montaj işləri
Təlimlərin bir hissəsi Yaradıcı Mərkəzdə baş tutdu və iştirakçılar təcrübə proqramına Şamaxıda davam etdilər. Nəzəri və praktik mərhələlərdə tələbələr öyrəndiklərini tətbiq edərək fərqli kontentlər hazırladılar.
Peşəkar rejissor, videoqraf və fotoqraflar tərəfindən aparılan təlimlərin əsas hədəfi gənclərin hazırladıqları məzmunlara daha yaradıcı yanaşmanı təşviq etmək və rəqəmsal texnologiyaları praktik şəkildə tətbiq etmələrinə dəstək olmaqdır.