AZ

Elm və təhsil naziri mövcud tədris materiallarının yenilənməsinin önəmindən danışıb

 

39352f9ed32eb1fb0d1a246b17e26c2f.jpg
16.12.2024 16:40

Mövcud tədris materiallarının tədqiqi, onların müasir elmi və pedaqoji tələblərə uyğun yenilənməsi, həmçinin milli kontekstdə yeni baxışların daxil edilməsi çox önəmlidir.

 

TED.az xəbər verir ki,bunu “Azərbaycan məktəbi" jurnalının 100 illiyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, azərbaycanlı müəlliflər tərəfindən yazılmış, yerli kontekstə uyğun olan tədris və tədqiqat əsərlərinin hazırlanması, eləcə də mövcud problemlərin praktik həlli yollarını təklif edən elmi işlərin artırılması vacibdir: “Bu məsələlər üzrə müasir elmi yanaşmaları və milli dəyərləri birləşdirən kompleks yanaşmalar tətbiq edilsə, həm təhsil keyfiyyəti yüksələcək, həm də milli məkanın ehtiyaclarına cavab verən yeni tədris modelləri formalaşacaq. Bunun üçün həm dövlət, həm də müstəqil elmi qurumlar arasında əməkdaşlıq gücləndirilməlidir”.

TED + bölməsindən digər xəbərlər

Daha çox