AZ

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb

 

ea0ba68981e7c4c6a7aa1dd53196e06b.jpg
16.12.2024 11:40

İnnovativ məhsulların Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu başlayıb.

 

AMB-dan TED.az-a bildirilib ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsul və xidmətlərin sınaqdan keçirilməsi üçün qəbul prosesi həyata keçiriləcək. Müraciətlərin qəbulu 2025-ci ilin yanvar ayının 15-dək davam edəcək.

 

Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, xüsusi tənzimləmə rejimi ölkədə maliyyə inklüzivliyini artırılmaqla bazarın daha şəffaf və səmərəli surətdə inkişaf etməsinə dəstək göstərməyi hədəfləyir.

 

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

TED + bölməsindən digər xəbərlər

Daha çox