AZ

ADY: Bakı-Balakən istiqamətində vaqonlar restavrasiya edilib

 
 

124a71a364759fc9b8751915f63bf597.jpg
18.12.2024 10:20

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bərpa etməyə hazırlaşdığı Bakı-Balakən-Bakı istiqamətində vaqonlar yataq tipli olacaq və onlar restavrasiya edilib.

 

TED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

 

Onun sözlərinə görə, bu reys dəmir yolları ilə daşınan sərnişinlərin sayını bir qədər də artırmağa imkan verəcək.

 

Xatırladaq ki, ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8 milyondan çox sərnişin daşıyıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox