Azərbaycanda poçt göndərişlərinin dəyəri və həcmi azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 64 milyon 819.01 min ABŞ dolları dəyərində 261.93 ton poçt göndərişləri olub.
TED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8 milyon 877 min ABŞ dolları (12,04%), həcm baxımından isə 31.23 ton (10,6%) azdır.
11 ay ərzində Azərbaycana xarici ölkələrdən 62 milyon 110.43 min ABŞ dolları dəyərində 255.64 ton poçt göndərişi gətirilib ki, bu da 1 il əvvələ nisbətən dəyər ifadəsində 8 milyon 132.23 min ABŞ dolları (11,6%), həcm ifadəsində isə 29.16 ton 10,2% azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 2 milyon 708.57 min ABŞ dolları dəyərində 6.28 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 745.61 min ABŞ dolları (21,6%), 2.08 ton 24,9% azdır.