AZ

Nazir: Reytinq göstəriciləri idarəetmə qərarları üçün mühüm indikatorlar təqdim edir

 

5e8d0e41081b6ec85c463a8444a546c1.jpeg
12.12.2024 11:57

Reytinqlərin formalaşmasında tədqiqat fəaliyyəti əhəmiyyətli rol oynayır. Bu sahədəki problemlərdən biri elmi fəaliyyətlərin parçalanmış və konsolidasiyadan kənar olmasıdır. Tədqiqatların daha sistemli və qruplaşdırılmış şəkildə həyata keçirilməsi universitetlərin reytinqlərini yüksəldə bilər.

 

TED.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

 

O bildirib ki, xarici tələbələrin və müəllimlərin sayı, həmçinin müəllim-tələbə nisbəti universitetin beynəlxalq səviyyəsini göstərən əsas göstəricilərdir: “Reytinqlər bəzən tənqid olunsa da, onlar idarəetmə qərarları üçün istifadə olunan mühüm indikatorlar təqdim edir. Bu göstəricilərə əsasən, universitetlər öz fəaliyyət istiqamətlərini təkmilləşdirə bilərlər.

 

Azərbaycan universitetlərində tədqiqatların fraqmentasiya olunmuş vəziyyətdə olması əsas problemlərdən biridir. Tədqiqatlar çoxsaylı kiçik qruplar arasında paylanıb, birgə fəaliyyət az müşahidə edilir. Alimlərin fərdi fəaliyyətləri çox vaxt ümumi universitet göstəricilərinə təsir etmir”.

 

Nazirin fikrincə, problemin həll yolları tədqiqatların vahid institutlar və ya konsorsiumlar çərçivəsində birləşdirilməsi, elmi fəaliyyətlərin universitet səviyyəsində daha yaxşı koordinasiya olunmasıdır.

TED + bölməsindən digər xəbərlər

Daha çox