AZ

Azərbaycanda yeni nəsil kassa aparatlarının dövriyyəsi ARTIB

20b675c44028ddc2e8e00ae519715d3a.jpg
16.12.2024 16:57

Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 19 milyard 808 milyon manatı ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çoxdur.

 

TED.az xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

 

Bildirilir ki, 2024-cü il dekabrın 1-nə ticarət və xidmət obyektlərində 103 419 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

 

 

Qeyd edək ki, onların quraşdırılması 2019-cu ilin ikinci rübündən etibarən mərhələlərlə həyata keçirilir.

 

2023-cü ildə yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə təxminən 22 milyard manata (artım 14,2 faiz) çatıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox