AZ

Azərbaycanda elektromobil sahibləri mülki məsuliyyətini onlayn sığortalamağa başlayıb

 
 

6f488594dbcc16cb6e0aab4ee2d11567.jpg
16.12.2024 12:40

Bu gündən Azərbaycanda elektromobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb.

 

TED.az bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.

 

Məlumata görə, artıq sürücülər müvafiq şəhadətnaməni sığorta şirkətlərinin internet səhifələrindən əldə edə, həmçinin İSB-nin saytına daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə, həmin şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün sığorta müqaviləsini onlayn qaydada rəsmiləşdirə bilərlər.

 

"İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir. Büro “İcbari sığortalar haqqında” qanunun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir", - deyə məlumatda qeyd olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox