AZ

2025-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb - SƏRƏNCAM

8635adefe6a865fba2433436a7e9a51b.jpg
19.12.2024 13:50

Prezident İlham Əliyev “2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

TED.az xəbər verir ki, Sərəncama əsasən, 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox