AZ

Bu il Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

 

2e85f4f223548595870925bfa2c110f7.jpg
20.12.2024 12:20

Bu il ərzində effektiv, səmərəli və məhsuldar tədbirlər keçirməyə çalışmışıq. 2024-cü il ərzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) 34 yeni üzv qoşulub. Ümumilikdə, AKTA-nın üzvlərinin sayı 146-ya çatıb.

 

TED.az xəbər verir ki, bu barədə AKTA-nın sədri Elvin Balacanov dekabrın 19-da Bakıda keçirilən qurumun 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində çıxışında deyib: "AKTA-nın artıq 146 eksperti var. 2023-cü ilin göstəricisi ilə müqayisədə AKTA üzvlüyünə müraciətlərin sayı dəfələrlə artıb. 2024-cü ildə qurum tərəfindən 68 tədbir keçirilib, bu ötən ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Beynəlxalq əməkdaşlıq istiqamətində də müsbət artım müşahidə olunub. Belə ki, ötən il AKTA ekspertləri 5 səfər etmişdilərsə, bu il artıq səfərlərin sayı 9 olub".

TED + bölməsindən digər xəbərlər

Daha çox