Azərbaycanda işçilərin 45%-i rəqəmsal bacarıqların çatışmazlığı səbəbindən işini itirməkdən qorxur
Azərbaycanda işçilərin 45%-i rəqəmsal bilik və bacarıqların çatışmazlığı səbəbindən işini itirməkdən qorxur. Onlardan 29%-i hesab edir ki, bu hadisə ilə növbəti 5 il ərzində üzləşə bilərlər.
TED.az xəbər verir ki, bu barədə “Kaspersky”nin apardığı sorğuda deyilir.
Qeyd olunur ki, Azərbaycanlıların 41%-i kompüterlər və rəqəmsal xidmətlərlə işləmək üçün rəqəmsal bilik və bacarıqların müəyyən dərəcədə, 14%-i isə ciddi şəkildə çatışmadığını bildirir.
Hər ikinci respondent qeyd edib ki, çalışdıqları təşkilatlarda rəqəmsal bilik və bacarıqların artırılması üzrə heç bir təlim təşkil olunmur.
Respondentlərin üçdə birindən çoxu (35%) işəgötürənlərinin ümumi İT təlimlər keçdiyini, yalnız 7%-i isə kibertəhlükəsizlik üzrə spesifik təlimlərin təşkil olunduğunu bildirib. İT və ya kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunanların əksəriyyəti (77%) fişinq kimi kibertəhlükələrə qurbanına çevrilməmək üçün kifayət qədər bilik əldə etdiyini düşünür.