AZ

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

 

a79d2da9d19834f9f9a8b88b7a40e100.jpg
04.07.2024 11:57

“Azərkosmos” Çinin “Star.vision” texnologiya şirkəti ilə anlaşma memorandumu imzalayıb.

 

“Azərkosmos”dan TED.az-a bildirilib ki, imzalama mərasimi “Star.vision” şirkətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərkosmos”da baş tutub. Memorandumun əsas məqsədi “Star.vision” tərəfindən hazırlanmış süni intellekt həlləri tətbiq olunan peyk və orbit sınaqları üçün zəruri alqoritmlərin birgə hazırlanması və tətbiqi istiqamətlərində strateji əməkdaşlıq etməkdir. Həmçinin süni intellekt və peyk texnologiyası ilə Yerin müşahidəsinin mənzərəsini yenidən formalaşdırmaq məqsədi daşıyan qabaqcıl rəqəmsal təşəbbüslərin birgə icrası və təcrübə mübadiləsi də bura daxildir.

 

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Görüş çərçivəsində “Azərkosmos” “Star.vision” şirkətini noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox