AZ

Aİ Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq edib

 

d478ad735c3f6f2cff91f4213422144a.jpg
04.07.2024 12:20

Avropa İttifaqı iyulun 4-dən etibarən Çin elektromobillərinə əlavə idxal rüsumları tətbiq etməyə başlayıb.

 

TED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

 

“Avropa Komissiyası bu gün Çindən akkumulyatorla işləyən elektrik avtomobillərinin idxalına ilkin müvəqqəti kompensasiya rüsumları tətbiq edib”, - deyə bəyanatda qeyd olunur.

 

Hər iki tərəf üçün məqbul həll yolları tapmaq üçün Çin səlahiyyətliləri ilə təmasların davam etdiriləcəyi bildirilir. Daha sonra Avropa Komissiyası yekun qərar üçün Aİ ölkələrinə təklif təqdim edəcək.

 

Avropadakı mənbənin Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, “müvəqqəti kompensasiya rüsumları konkret Çin istehsalçıları tərəfindən alınan subsidiyalar əsasında hesablanır”. Eyni zamanda, yeni rüsumlar uzun illərdir qüvvədə olan 10 faizə əlavə olunacaq. Bu isə praktikada o deməkdir ki, Aİ-də bəzi Çin elektrik avtomobillərinə idxal rüsumları 50 faizə qədər yüksələ bilər.

Dünya bölməsindən digər xəbərlər

Daha çox