AZ

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

 

7eb10710443ec480a323dba943bc1801.jpg
04.07.2024 19:40

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydası təsdiqlənib.

 

TED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərarı imzalayıb.

 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının qəbul edilməsi nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının səmərəli təşkili və keçirilməsi, həmçinin həmin şəxslərin dəmiryol nəqliyyatının texniki istismarı, həmin nəqliyyat növü üzrə hərəkətin təhlükəsizliyi, işarəvermə və rabitə, qatarların hərəkəti və manevr işlərini tənzimləyən hüquqi aktlar üzrə zəruri biliklərə və təcrübi vərdişlərə malik olması təmin ediləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox