AZ

ASUS ProArt P16: Yaradıcı peşəkarlar üçün güc və dizayn

6f61aa5a8f8e54377b3970953aea9da2.jpg
03.09.2024 16:57

ASUS, istifadəçilərin bütün gözləntilərini bir daha üstələyərək yeni bir məhsul təqdim etdi ki, bu, ən yeni texnologiyaları ilə zərif dizaynı birləşdirərək inanılmaz performans və innovativ xüsusiyyətlər təklif edir. Tanış olun - ASUS ProArt P16 yenilənmiş dizaynla.

 

ProArt P16 əsasən yaradıcı işlər üçün nəzərdə tutulub, amma cihaz o qədər güclü komponentlərlə təchiz edilib ki, hər cür digər fəaliyyətlər üçün də uyğundur. Yeni cihazın ən önəmli xüsusiyyətlərindən biri - süni intellektin tətbiqidir. Bu, həm komponentlərdə, həm də tətbiqlərdə süni intellektin istifadəsini əhatə edir.

 

ASUS burada ən sürətli noutbuk prosessorlarından biri olan 12 nüvəli AMD Ryzen™ AI 9 HX 370 prosessorundan istifadə edib, bu da Zen 5 arxitekturasına əsaslanır və süni intellektin hesablama sürətini artıran daxili neyroprosessoru da mövcuddur.

 

Yüksək performanslı prosessorun yanında güclü bir qrafik kartı olmalıdır ki, bu noutbuk Studio NVIDIA GeForce RTX 4070 ilə təchiz olunub. Həçinin yaradıcı tətbiqlərdə, o cümlədən Adobe, Autodesk, Avid, Blackmagic Design, Epic, Maxon, Unity tətbiqlərində mükəmməl bir şəkildə performansını artırmaq üçün optimallaşdırılıb.

 

Nazik və yüngül noutbuk, 7500 MHz tezlikdə, 64 GB-ə qədər olan son nəsil 2 kanallı LPDDR5X operativ yaddaşı ilə, həmçinin 2 ədəd 2 TB-a qədər olan M.2 SSD yaddaşla təchiz edilib.

 

ProArt P16-nın süni intellekt xüsusiyyətlərinə gəldikdə, cihazın prosessoru 80 trilyon əməliyyatı saniyədə (TOPS) generasiya edə bilir, bunun 50 trilyonu daxili neyroprosessorun üzərinə düşür. Üstəlik, qrafik kartı da 321 TOPS-a qədər performansa malikdir. Bu göstəricilər, süni intellekt alqoritmlərinin sürətli və effektiv icrası üçün tələb olunan minimal 40 TOPS səviyyəsini əhəmiyyətli dərəcədə üstələyir.

 

Noutbuk həmçinin, süni intellekt köməkçisinə sürətli giriş funksiyasını yerinə yetirən Copilot düyməsinə malikdir. Süni intellekt köməkçisi axtarış prosesini sadələşdirəcək və suallarınıza cavab verəcək. ProArt P16 hazır olduqda, Windows süni intellekt sisteminin Copilot+ PC səviyyəsinə qədər yeniləmələr alacaq.

 

ASUS-un öz süni intellekt tətbiqləri də işinizi asanlaşdıracaq. Bu yaradıcı tətbiqlərə MuseTree (internetə qoşulmadan şəkillər yaradır) və StoryCube media qalereyası daxildir. Bundan əlavə, ASUS AiSense veb-kamerasında istifadəçi baxışını izləyərək ekranın adaptiv qaranlığı və ya söndürülməsi, adaptiv bloklama, 3D səs-küy azaldılması sistemi və video yazılar zamanı işıqlandırmanın düzəldilməsi kimi süni intellekt funksiyaları mövcuddur. Noutbukda həmçinin uzaqdan iş rejimində zənglər və videokonfranslar aparmaq üçün ASUS AI Noise Cancelation mikrofona sahibdir.

 

Zərif və eyni zamanda güclü olan ProArt P16, yüksək keyfiyyətli 16 düymlük 4K təsvirə malik ASUS Lumina OLED sensor ekran ilə təchiz olunub. Bu ekranlar yüksək dəqiqlikdə rəng təsviratı və avtomatik şəkil düzəltmə funksiyaları ilə tanınır.

 

ASUS Lumina OLED ekranı mükəmməl detallaşdırma və gözəl görüntüsü ilə foto və video materiallarla işləməyi, həmçinin multimedia məzmununu izləməyi daha zövqlü edir. Üstəlik, OLED ekranlar zərərli mavi işıqları minimal dərəcədə yayaraq uzun müddət rahat işləməyə imkan verir.

 

ASUS-un yenilənmiş cihazının üstünlükləri demək olar ki, sərhədsizdir. Multimedia faylları üzərində işləmək uzun müddət çəkir və əksər noutbuklar qızmadan əziyyət çəkir. Lakin ProArt P16-da effektiv soyutma sistemi mövcuddur. Cihazda Republic of Gamers-dən tanınmış texnologiyalar istifadə edilib: ThermalGrizzly maye metal termal interfeysi, toz filtrələri və artırılmış hava axını olan üç fanlı soyutma sistemi.

 

ASUS ProArt P16 həmçinin 49 dəqiqə ərzində 60 faizə qədər sürətli şarj etmə imkanı təqdim edir və cihazın batareyadan işləmə müddəti 20 saata qədərdir.

 

İstifadəçilərin tələblərinə uyğun olaraq, ASUS cihazı tam bir interfeys dəsti ilə təchiz edib, iki USB-A portu, tam ölçülü HDMI çıxışı, USB 4.0 və USB 3.2, Type-C potu ilə şarj etmə, monitorlara qoşulma və yüksək sürətli cihazlarla bağlantı, həmçinin tam ölçülü yüksək sürətli SD Express kart oxuyucu daxildir.

 

Ən müasir və güclü komponentlərlə təchiz olunmuş ASUS ProArt P16-nın qalınlığı və çəkisi yalnız 14,9 mm və 1,85 kq olması heyranedicidir.

 

Digər ASUS noutbukları kimi, bu model də hərbi standart MIL-STD-810 üzrə möhkəmlik testindən keçib. Bu testlər cihazın gündəlik istifadədə möhkəmliyini təmin edir, baxmayaraq ki, cihaz bu məqsəd üçün nəzərdə tutulmayıb.

 

Beləliklə, yüksək performans, güclü texniki xüsusiyyətlər, innovativ texnologiyalar, süni intellektin tətbiqi, erqonomik dizayn, eləcə də yenilənmiş ASUS ProArt P16-nınbir çox digər xüsusiyyətlər bu cihazın alınması üçün bir səbəbdir. Çünki bu cihaz bir çox sahələrdə, o cümlədən yaradıcılıq, proqramlaşdırma və mühəndislik kimi fəaliyyətlər üçün uyğundur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox