Bakıda ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ konfransının ikinci günü keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransının ikinci günü keçirilib.
TED.az xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin, dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak ediblər.
Azərbaycanın Milli Depozit Mərkəzinin idarə heyətinin sədr müavini Rəna İsgəndərova bildirib ki, Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) məlumatların qorunması üçün ciddi tədbirlər həyata keçirir.
"Biz Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi (MDM) olaraq, ölkənin əsas informasiya mənbələrinə sahibik və kibertəhlükə ilə üzləşə bilərik. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə, giriş nəzarəti və məlumatların minimallaşdırılması daxil olmaqla, ciddi tədbirlər həyata keçiririk", - o qeyd edib.
R.İsgəndərovanın sözlərinə görə, MDM-nin missiyası dayanıqlı, effektiv və etibarlı bir depozitar ekosisteminin yaradılmasıdır ki, bu da kapitallaşdırma bazarının inkişafına və rəqəmsal xidmətlərin təşviqinə yönəlib. Bu məqsədlər MDM-nin strategiyasında ətraflı şəkildə əks olunub.
O, həmçinin, hazırda MDM-nin rəqəmsallaşma prosesindən keçdiyini və bunun üçün keyfiyyətli IT sisteminin zəruri olduğunu vurğulayıb.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











