Elektrikli avtomobil satışları necədir?
Elektrikli avtomobillər avtomobil sənayesində əhəmiyyətli bir transformasiyanın qabaqcıllarından biri olmağa davam edir. S&P Global Mobility-nin məlumatlarına görə, bu ilin iyun və iyul aylarında ABŞ-də yeni avtomobil satışlarının 8 faizini akkumulyatorlu elektrik avtomobilləri (BEV) təşkil edib. Bu nisbət ilin ilk üç ayında yüzdə 7 olan nisbətlə müqayisədə artımdan xəbər verir.
Elektrikli avtomobil satışlarında artım tempi azalıb
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, ötən il 50 faizlik illik artımdan sonra artım tempində azalma müşahidə olunur.
Elektrikli avtomobil bazarının böyüməsi ümumi avtomobil satışlarının azalmasına baxmayaraq davam edir. S&P Global Mobility-nin baş analitiki Chris Hopson, "Yüksək faiz dərəcələri və yavaş-yavaş düşən avtomobil qiymətləri istehlakçılara meydan oxumağa davam edir" deyib. Bu amillər ümumi avtomobil satışlarının gözlənilən 12 faiz azalmasının əsas səbəblərindəndir.
Elektrikli avtomobil bazarının böyüməsində Teslanın rolu böyük olsa da, şirkətin bazar payı ilk dəfə olaraq 50 faizdən aşağı düşüb. Məhsul xəttinin qocalması və CEO İlon Maskın mübahisəli davranışı da bu azalmada təsirli olub. Xüsusilə ABŞ-nin ən böyük elektrik avtomobil bazarı olan Kaliforniyada Tesla markasına inam sarsılıb.
Digər avtomobil nəhəngləri də elektrikli avtomobil strategiyalarını yenidən qiymətləndirirlər. General Motors texniki problemlərə görə yeni elektrik modellərinin satışa çıxarılmasını təxirə salaraq, plug-in hibrid avtomobillərə üz tutdu. Ford elektrikli avtomobil satışlarını demək olar ki, iki dəfə artırsa da, bəzi akkumulyator fabriklərini və üç sıra elektrik SUV planlarını ləğv edərək, hibrid modellərə diqqət yetirməyə başladı.
Bu inkişaflar avtomobil sənayesinin elektriklə işləyən avtomobillərə keçiddə hansı çətinliklərlə üzləşdiyini göstərir. Bununla belə, bazarın böyüməyə davam etməsi uzunmüddətli perspektivdə elektrikli nəqliyyat vasitələrinin gələcəyi üçün perspektivli inkişaf kimi qiymətləndirilir. Xüsusilə Avropa və ABŞ-da daxili yanma mühərrikli nəqliyyat vasitələrinin satışına son qoyma hədəfləri sənayeni elektrikli nəqliyyat vasitələrinə yönəltməyə davam edir.
Dünya bölməsindən digər xəbərlər
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




