“Azercell” “Tələbələrin Akselerasiya Proqramı” üzrə layihə tərəfdaşı qismində çıxış edir
Mobil operator “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” proqramı çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün xüsusi təlimlər təşkil edib
“Azercell” DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib.
“Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib. Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün tələb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir. Belə ki, layihə çərçivəsində “Azercell” tərəfindən gənclərin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına töhfə verən təlim təşkil edilib. 18-29 yaş qrupu üzrə 40-a yaxın tələbənin cəlb olunduğu təlim çərçivəsində iştirakçılara “Öz karyeranı qur” mövzusunda, əmək bazarındakı mövcud imkanlar və karyera quruculuğu üzrə təlimatlar barədə geniş məlumat verilib.
Layihənin növbəti mərhələsində proqrama cəlb olunmuş namizədlərə peşə hazırlığı, karyera bələdçiliyi, həmçinin onların maraqlarına uyğun olaraq müvafiq texniki sahələr üzrə təlimlərin keçirilməsi, iş yarmarkalarının və görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir və fiziki məhdudiyyətli şəxslər üçün inklüziv mühitin yaradılmasına yönəlib.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











