Azərbaycanda gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniyaya start verilir
BMT-nin Əhali Fondu (UNFPA) Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizəyə töhfə vermək məqsədilə 16 Günlük Fəallıq Kampaniyasına başlayır. Kampaniya Yaponiyanın "Takeda Pharmaceuticals Company Limited" əczaçılıq şirkətinin maliyyə dəstəyi ilə UNFPA tərəfindən həyata keçirilən “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində reallaşacaq.
Qeyd edək ki, "Rəqəmsal dünyanı qadinlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altinda 16 Günlük Fəallıq Kampaniyasının builki hədəfi texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizədir. Bu növ zorakılıq qadınlara qarşı təhqir, təqib, şantaj və şəxsi məlumatların icazəsiz paylaşılması kimi müxtəlif formalarda özünü göstərə bilər. Sosial media, mesajlaşma platformaları və digər rəqəmsal vasitələrdən istifadə zamanı bu cür zorakılıqla qarşılaşma halları daha çox ola bilər.
Kampaniyanın məqsədi ictimai məlumatlılığı artırmaqla qadınlara və qızlara qarşı zorakılığa diqqət çəkmək, texnologiyaların onlara qarşı zorakılıq vasitəsi kimi istifadə olunmasının qarşısını almaq, qadın və qızları texnologiyalardan təhlükəsiz istifadə qaydaları haqda məlumatlandırmaqla texnologiyadan istifadə vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmləri ilə təmin etməkdir.
Layihə çərçivəsində müxtəlif kommunikasiya kanalları vasitəsilə gender bərabərliyi, qadınların hüquqları və zorakılığa qarşı müdafiə yollarını vurğulayan materiallar yayımlanacaq.
Bununla yanaşı, Bakı şəhərində, həmçinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrində genişmiqyaslı məlumatlandırma sessiyaları təşkil olunacaq. Məktəblərdə və icmalarda keçiriləcək məlumatlandırırma sessiyaları vasitəsilə 1800-dən çox insana qadınlara qarşı müxtəlif texnologiyalardan istifadə vasitəsilə törədilən zorakılıq halları və buna qarşı mövcud müdafiə mexanizmləri barəsində məlumat veriləcək.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











