AZ

Sürücülərin nəzərinə: Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

 

9fb10743271439d00c6cee4c4bbc6478.jpg
12.02.2025 10:20

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

 

İdarədən TED.az-a verilən məlumata görə, həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

 

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox