AZ

Apple Hindistanda iPhone istehsalını 60 faiz artırıb

0002d8dc8474646155f62faf735e0845.png
14.04.2025 13:35

“Apple” şirkəti 2023-cü ildə Hindistanda “iPhone” smartfonlarının istehsalını 60 faiz artırıb.

 

TED.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

 

İstehsalın artırılması şirkətin Çindən kənarda istehsal proseslərini şaxələndirmək strategiyası çərçivəsində atılmış addımdır.

 

 

Hazırda “Apple” cihazlarının təxminən 20 faizi Hindistanda istehsal olunur, şirkətin bu ölkə bazarındakı payı isə 8 faiz təşkil edir.

 

Məlumata görə, “iPhone”un bütün modelləri artıq Hindistanda yığılır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox